Son Xəbər: İshaq Dar: Şahbaz Şərif Antalyada Ərdoğanla səmərəli danışıqlar aparıb, Başlıbel qətliamından 33 il ötür, Yol polisi əlverişsiz hava şəraitində yollardakı vəziyyətlə bağlı sürücülərə müraciət edib, Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşir, Qalibaf Trampı 7 yalan danışmaqda ittiham etdi, Mambetaliyev: Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında iştirak edəcək, Buraxılış imtahanında üç nəfər maksimum nəticə əldə edib, Ərdoğan: Türkiyə Avropa İttifaqına tam üzvlük hədəfini qoruyur, Bakıda kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb - BİRGƏ MƏLUMAT, Əhməd Əl Şaraa: Dünən sonuncu ABŞ hərbi texnikası Suriyanı tərk edib,

Bakıda market və bank kartından oğurluq edilib

Bakıda market və bank kartından oğurluq edilib

Tarix: 14-03-2026, 11:56

Binəqədi rayonunda yerləşən mağazaların birindən oğurluq edilib.

Naməlum şəxs obyekti talayaraq icarədara 2075 manat maddi zərər vurub.

Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı S. Aydınovu müəyyən edərək saxlayıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, o, bir müddət mağazanı kənardan müşahidə edərək açılma və bağlanma vaxtlarını dəqiqləşdirib. Daha sonra gecə saatlarında obyektin qapısını sındırmaqla, içəri daxil olaraq nağd pul, bank kartları, tütün məmulatı və digər dəyərli malları talayıb.

Qaradağ rayonunda keçirilən tədbir zamanı isə bank kartından 800 manat oğurlamaqda şübhəli bilinən 23 yaşlı Ə. İsmayılov saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR