Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Parlamentdə müəllimlərin maaş artımından danışıldı

Parlamentdə müəllimlərin maaş artımından danışıldı

Tarix: 18-03-2026, 14:59

Sertifikasiya imtahanlarının uğurla həyata keçirilməsi müsbət haldır və bu təcrübədən digər sahələrdə də istifadə olunur. Lakin əməkhaqqının nəticələrə uyğun proporsional artımı məsələsində müəyyən boşluqlar mövcuddur.

Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsində keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə deyib.

O nümunə gətirib ki, 31 bal toplayan müəllimlə 50 bal toplayan müəllim arasında əməkhaqqı fərqinin cəmi 10 faiz olması müəyyən mənada ədalət prinsipini tam təmin etmir.

“Sertifikasiya prosesi başa çatdıqdan və müvafiq qanun qəbul edildikdən sonra yalnız incəsənət məktəblərində deyil, ümumilikdə ölkənin orta ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərlə bağlı da yeni yanaşmaların tətbiqi üçün presedent yaradılması məqsədəuyğun olardı. Bu qaydalar, təbii ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək və gələcəkdə Elm və Təhsil Nazirliyinin də bu məsələyə yenidən baxması üçün əsas yarada bilər”, - deyə şöbə müdiri qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR