Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Müştərilər “Domino's Azerbaijan”a etiraz etdi

Müştərilər “Domino's Azerbaijan”a etiraz etdi

Tarix: 26-05-2020, 17:43


Bakıda "Domino's Azerbaijan" şirkətinin kuryeri qəzaya düşərək vəfat edib.

"Qafqazinfo” xəbər verir ki, mayın 23-də saat 18 radələrində Nərimanov rayonu M.K.Atatürk prospektində yerləşən tuneldə Şərur rayon sakini Ülvi Məmmədov idarə etdiyi "Zongshen” markalı motosikleti divara vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş motosikletçi orada ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Məlumata görə, kuryer şirkətin "30 dəqiqəyə çatdırılma kampaniyası" çərçivəsində sifarişi tez çatdırmaq üçün motosikletlə sürət həddini aşıb və qəzaya düşərək dünyasını dəyişib. Qəza ilə bağlı sosial şəbəkə istifadəçiləri "Domino's Azerbaijan"ın 30 dəqiqəyə pizza çatdırmaqla bağlı kampaniyasına etiraz ediblər və həmin kampaniyanın ləğvini istəyiblər.

Müştərilər “Domino's Azerbaijan”a etiraz etdi

Qeyd edək ki, "Domino's Azerbaijan" "Sifarişiniz 30 dəqiqəni keçdiyi halda, sizə hədiyyə pizza” şüarı ilə kampaniya təşkil edib. İddiaya görə, pizzanı 30 dəqiqəyə çatdıra bilməyən kuryerin əmək haqqısına cərimə yazılır.

Məsələyə aydınlıq gətirmək üçün "Domino's Azerbaijan" şirkətinə müraciət etsək də, münasibət bildirməkdən imtina ediblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR