Son Xəbər: Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib, Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq, Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək, İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub, Qəhrəmanın Taleyi – Millətin Yaddaşına Həkk Olan Ömür, Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib, “Ağcabədi batalyonu”nun komandiri vəfat etdi, İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpə öldü, Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi, Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib,

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

Tarix: Dün, 15:47

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

"Bayram günlərinin başa çatması ilə ölkə üzrə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların hərəkəti artıb. Bu səbəbdən, xüsusilə magistral yollarda və şəhərlərə giriş-çıxışlarda intensiv hərəkət müşahidə olunur".

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında deyilir.

"Sürücülərdən xahiş edirik ki, bunu nəzərə alsınlar, yolda tələskənliyə yol verməsinlər, ötmə və manevr qaydalarına xüsusi diqqət etsinlər, nəqliyyat vasitələri ilə ara məsafəsini qorusunlar. Eyni zamanda, piyadalardan da xahiş edirik ki, yolu keçərkən diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi riayət etsinlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hər bir yol hərəkəti iştirakçısının qaydalara riayəti ümumi təhlükəsizliyə xidmət edir. Hər kəsin məsuliyyətli davranışı yolumuzun təhlükəsizliyinin təminatıdır", DYP-dən bildirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR