Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Ata dilənmək istəməyən oğlunu başından bıçaqladı - Foto

Ata dilənmək istəməyən oğlunu başından bıçaqladı - Foto

Tarix: 27-05-2020, 10:44


Bakıda bıçaqlanma hadisəsi baş verib.

Mediabiz.az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb.

Belə ki, bu küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun baş ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb.

Azyaşlının anası bildirib ki, F. İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçiliklə məşğul olmağa vadar edir. Sonuncu hadisə isə C. İsmayılovun atasının hərəkətinə etiraz etdiyi üçün baş verib.

Belə ki, 11 yaşlı yeniyetmənin dilənməyə qarşı çıxmağı onun bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.

Faktla bağlı ailə üzvləri tərəfindən Suraxanı Rayon Polis İdarəsinə şikayət olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR