Son Xəbər: Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir, Bakıda oğurluq edən şəxslər saxlanılıblar, İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib, DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb, Xəzər dənizində zəlzələ olub, Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir,

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi məlum olub

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi məlum olub

Tarix: 2-04-2026, 17:45

 Çexiyanın Baş naziri Andrey Babiş (Andrej Babiš) aprelin 26-27-də Azərbaycana rəsmi səfər edəcək.

Səfər regional xarakter daşıyır və Çexiya hökumətinin başçısı aprelin 26-dan 30-dək Qazaxıstan və Özbəkistanda da səfərdə olacaq.

Səfər zamanı Nazirlər Kabinetinin başçısını Çexiyanın sənaye və ticarət naziri Karel Havliçek (Karel Havlíček), həmçinin çexiyalı iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

Çexiya nümayəndə heyəti Bakı, Astana və Daşkəndə səfər edəcək. Səfər proqramında biznes-forumların, tematik seminarların, B2B və B2G formatlarında netvörkinq tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərin məqsədi yeni işgüzar əlaqələrin qurulmasına və ev sahibliyi edən ölkələrin sahibkarlıq icması ilə əməkdaşlığın genişləndirilməsini dəstəkləməkdir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yekunu üzrə Azərbaycan və Çexiya arasında xarici ticarət dövriyyəsinin dəyəri 814,73 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin göstəricisindən 29 % azdır.

Bu ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri isə 92,077 milyon ABŞ dolları (60,8 % az) təşkil edib.(Report)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR