Son Xəbər: Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir, Bakıda oğurluq edən şəxslər saxlanılıblar, İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib, DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb, Xəzər dənizində zəlzələ olub, Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir,

Hikmət Hacıyev: Vətən müharibəsindən sonra 421 nəfər minadan zərər çəkib

Hikmət Hacıyev: Vətən müharibəsindən sonra 421 nəfər minadan zərər çəkib

Tarix: 3-04-2026, 12:13

 Vətən müharibəsindən sonra 421 nəfər minadan zərər çəkib, onlardan 72-si həlak olub, 349-u ağır yaralanıb.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Maarifləndirmə Günü ilə bağlı "X" sosial media hesabında paylaşımında qeyd edib.

O qeyd edib ki, dünya irəliyə doğru addımladığı halda, Azərbaycan hər gün səssiz və görünməz bir təhlükə ilə yaşamağa davam edir:

"30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin təxminən 12 faizi 1,5 milyondan çox mina ilə çirkləndirilib. 2020-ci ildən sonra sülh dövründə 400-dən çox mülki şəxs həlak olub və ya ağır yaralanıb. Mina çirklənməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa işlərinə, həmçinin keçmiş məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə qayıdışına mane olur. Bunlar sadəcə rəqəmlər deyil. Bunlar yarımçıq qalan həyatların, dağılan ailələrin, oğurlanan gələcəklərin hekayəsidir. Minalardan təmizləmə yalnız texniki proses deyil. Bu, ədalətdir. Bu, insan ləyaqətidir. Bu, insanların öz evlərinə təhlükəsiz qayıtmaq hüququdur".

Xatırladaq ki, Azərbaycanda 1991-ci ildən indiyədək 3400 nəfər mina qurbanı olub. Onlardan 362-si uşaqlar və gənclər, 38-i qadındır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR