Son Xəbər: QMİ Qurban bayramı ilə bağlı fətva verib, Xəzər dənizində zəlzələ olub, Qalibaf: Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq, Asim Munir Tehranda Pezeşkianla görüşdü, Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub, Bazar günü 28 dərəcə isti olacaq, Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var, May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb, Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb, Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ,

NİİM: Yağışa görə bəzi ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb

NİİM: Yağışa görə bəzi ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb

Tarix: 6-04-2026, 10:11

 Bakıda davam edən yağıntılı hava şəraiti bir sıra yollarda nəqliyyatın hərəkətini çətinləşdirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, yol polisi əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlıq yaranan yollarda hərəkət intensivliyinin artırılması, sıxlığın azaldıması, həmçinin yollarda təhlükəsizlik tədbirləri məqsədilə zəruri tədbirlər görürlər.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;

5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

9. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

11. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

14. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

15. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

16. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

17. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

18. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

"Sürücülərə sürət həddinə əməl edilməsi, düzgün ara məsafəsi saxlaması və piyadalara qarşı diqqətli olmaları tövsiyə edilir", - məlumatda qeyd olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR