Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

Tarix: 9-04-2026, 11:22

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə yola düşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən xəbərə görə, səfər Macarıstan Milli Seçki Bürosunun prezidenti Nagy Attilanın dəvəti əsasında həyata keçirilir.

Nümayəndə heyətinin səfərinin məqsədi aprelin 12-də Macarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdir.

Səfər proqramına əsasən, MSK sədri M.Pənahovun həmkarı A.Nagy və digər rəsmi şəxslərlə, habelə seçkilərin müşahidəsinə qatılan müxtəlif ölkələrin ali seçki qurumlarının rəhbərləri ilə görüşlər keçirməsi planlaşdırılır. Görüşlər zamanı seçki idarəçiliyi sahəsində təcrübə mübadiləsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılması nəzərdə tutulur.

MSK nümayəndələri paytaxt Budapeştdə seçkiqabağı hazırlıq prosesi ilə tanış olacaq, həmçinin seçki günü məntəqələrdə səsvermənin gedişini müşahidə edəcək.

Qeyd etmək lazımdır ki, Mərkəzi Seçki Komissiyası Macarıstanda parlament seçkilərinin müşahidəsində ATƏT/DTİHB-nin müşahidə missiyasının tərkibində də təmsil olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR