Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Deputatların, nazirlərin və icra başçılarının maaşı: Kəskin fərq var – TAM SİYAHI

Deputatların, nazirlərin və icra başçılarının maaşı: Kəskin fərq var – TAM SİYAHI

Tarix: 27-05-2020, 16:42

Azərbaycanda Milli Məclisin deputatları mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərindən 2-3 dəfə çox əmək haqqı alırlar.

Yeniavaz.com xəbər verir ki, millət vəkillərinin maaşı "Azərbaycan Respublikası  Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, bu Qanunun 21-ci maddəsi deputatların maddi təminatından bəhs edir. Hazırda Qanunun 21-ci maddəsinə əsasən Milli Məclisin sədri ay ərzində 6 min 187 manat 50 qəpik maaş və maaşa əlavə alır. 

Bundan başqa Milli Məclisin sədrinin 1-ci müavini ay ərzində 5 min 568 manat 75 qəpik, Milli Məclisin sədrinin müavini 5 min 258 manat 37 qəpik, Milli Məclisin komitə və komissiya sədri 4 min 950 manat,  Milli Məclisin komissiya sədrinin müavini 4 min 640 manat 62 qəpik, sıravi deputat  isə 4 min 331 manat 25 qəpik məbləğində maaş və əlavə alır. 

Qeyd edək ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin maaşı "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə tənzimlənir. Bu Sərəncama əsasən hazırda Azərbaycanın Baş naziri ay ərzində 3 min 75 manat maaş və maaşa əlavə alır. Göründüyü kimi Baş nazirin əlavələrlə birgə aldığı maaş Milli Məclis sədrinin əlavələrlə birgə aldığı maaşdan 2 dəfə azdır. 

Eyni zamanda yerli icra hakimiyyəti başçıları arasında ən yüksək maaşı Bakı şəhər İcra hakimiyyətinin başçısı alır ki, bu da əlavələrlə birgə 2 min 406 manat 25 qəpiyə bərabərdir.  Bakı şəhər İcra hakimiyyətinin başçısının əlavələrlə birgə aldığı maaş Milli Məclis sədrinin əlavələrlə birgə aldığı maaşdan 2,6 dəfə, sıravi deputatın maaşından isə 1,8 dəfə azdır




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR