Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Anar Əliyev BP-nin regional prezidenti ilə yeni birgə layihələri müzakirə edib

Anar Əliyev BP-nin regional prezidenti ilə yeni birgə layihələri müzakirə edib

Tarix: 13-04-2026, 17:31

 Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşdə yeni birgə layihələrin həyata keçirilməsini müzakirə edib.

Bu barədə nazirlik məlumat yayıb.

Qeyd edilib ki, müdafiə naziri Anar Əliyev ötən dövrdə Nazirliklə BP arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını, müxtəlif istiqamətlər üzrə birgə layihələrin icra edildiyini bildirib.

Belə layihələrdən biri kimi "Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətinin artırılması" layihəsinin önəmi qeyd edilib. Qeyd edilən kateqoriyaya aid şəxslərin əmək bazarına inteqrasiyasına, inklüziv məşğulluğun təşviqinə mühüm dəstək olan bu layihənin icrası çərçivəsində görülmüş işlər diqqətə çatdırılıb.

Azərbaycanda əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində tədqiqatların aparılması, bu sahədə nazirliyin kadr potensialının gücləndirilməsi istiqamətində də BP ilə Nazirliyin əməkdaşlığından bəhs olunub.

Cio Kristofoli BP şirkətinin fəaliyyətində sosial cəhətdən həssas qruplarla, o cümlədən əlilliyi olan şəxslərlə bağlı dəstək istiqamətinin də mühüm yer tutduğunu, tərəfdaşlarla birgə icra etdiyi sosial layihələrini qeyd edib.

Görüşdə əldə olunmuş müsbət əməkdaşlıq təcrübəsinin davam etdirilməsinin, yeni birgə layihələrin həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb, bu mövzuda fikir mübadiləsi aparılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR