Son Xəbər: Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil, Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır, Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib, Aİ Rusiyanın ticarət məhdudiyyətlərinə cavab olaraq Ermənistana 50 mln. avroluq yardım paketi hazırlayır, Keşlədə obyekt yanır, Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq, DTX rəsmisi: "Dünyada enerji sektoruna həftəlik mindən çox ciddi kiberhücum qeydə alınır", Rusiya Xarkov və Xerson vilayətlərinə hücum edib: 9 nəfər ölüb, Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib, Əlilliyi olan şəxslərə zəruri həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları təsdiq edilib,

Bahar Muradova: Qadın sahibkarlığının təşviqi strateji iqtisadi inkişaf prioritetidir

Bahar Muradova: Qadın sahibkarlığının təşviqi strateji iqtisadi inkişaf prioritetidir

Tarix: 14-04-2026, 09:37

 Qadın sahibkarlığının təşviqi yalnız gender bərabərliyi məsələsi deyil, eyni zamanda strateji iqtisadi inkişaf prioritetidir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı çərçivəsində təşkil edilmiş "Qadın sahibkarlığın inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi" adlı yan tədbirdə deyib.

O, tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, yan tədbir həm təşkilati, həm də təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir:

"Qadınların iqtisadi fəaliyyətə cəlb olunması inklüziv və davamlı inkişafın əsas prioritetlərindən biri olmaqla yanaşı, həm də sosial rifahın yüksəldilməsində, həmçinin iqtisadi nailiyyətlərin əldə olunmasında mühüm rol oynayır. Qadınların sahibkarlıq fəaliyyətində aktiv iştirakı yeni iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artmasına və ümumilikdə cəmiyyətin iqtisadi dayanıqlığının güclənməsinə töhfə verir. Bu baxımdan, qadın sahibkarlığının təşviqi yalnız gender bərabərliyi məsələsi deyil, eyni zamanda strateji iqtisadi inkişaf prioritetidir".

Komitə sədri vurğulayıb ki, Azərbaycanda son illər ərzində qadın sahibkarlığının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib:

"Dövlət tərəfindən normativ-hüquqi baza təkmilləşdirilib, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, idarə olunması və genişləndirilməsi istiqamətində prosedurlar sadələşdirilib. Həmçinin qadın sahibkarlar üçün müxtəlif maliyyə dəstəyi alətləri, güzəştli kreditlər, qrant proqramları və subsidiyalar təqdim olunur. Təlim, mentorluq və biznes inkubasiya proqramları vasitəsilə qadınların bilik və bacarıqlarının artırılması istiqamətində də mühüm addımlar atılıb. Regionlarda yaşayan qadınların iqtisadi fəallığının artırılması da xüsusi diqqət mərkəzində saxlanılır".

B.Muradova onu da əlavə edib ki, bu kontekstdə təşkil olunan yan tədbir qadın sahibkarların mövcud dövlət dəstəyi mexanizmləri və hüquqi imkanlar barədə daha geniş və sistemli şəkildə məlumatlandırılmasına xidmət edəcək.

Komitə sədri bildirib ki, tədbir çərçivəsində dövlət qurumları, özəl sektor nümayəndələri, hüquqşünaslar və sahibkarlar arasında açıq dialoq mühiti yaradılacaq, mövcud mexanizmlərin tətbiqində qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə olunacaq.AA




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR