Son Xəbər: "Prezident Kuboku 2026": Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək, Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq, Moskvada güclü yanğın - 8 ölü, Ukrayna İsrailə etiraz notası təqdim edib, "Yaşıl enerji"nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL, Ukraynada hərbi vəziyyət rejimi uzadılıb, "Fənərbağça"da növbəti prezident seçkilərinin tarixi açıqlanıb, Prezident bir qrup sahibkarı təltif edib, Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür, Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib,

Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb

Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb

Tarix: 14-04-2026, 18:23

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzini qəbul edib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan–Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət və humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımından qarşılıqlı səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu mexanizm çərçivəsində görülən işlər və perspektiv istiqamətlər üzrə müzakirələr aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR