Son Xəbər: Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib, İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər, Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq, Azərbaycan nefti ucuzlaşıb, ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb, Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur, Milli Məclisin iclası başlayıb, Ağdaşda avtomobili ildırım vurub, yanğın olub, Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək, Azərbaycan XİN Rusiyanı təbrik etdi,

Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq

Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq

Tarix: 15-04-2026, 17:15

Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq

ABŞ dəniz blokadasını davam etdirərsə, Qırmızı dəniz, eləcə də Fars və Oman körfəzləri vasitəsilə ticarəti kəsə bilərik.

Bunu İran Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Əli Abdullahi bildirib.

Onun sözlərinə görə, əgər ABŞ blokadanı davam etdirərsə və İranın ticarət gəmiləri və neft tankerlərinə təhlükə yaradarsa, bu, atəşkəs rejiminin pozulmasına gətirib çıxara bilər.

"İslam Respublikasının güclü silahlı qüvvələri Fars, Oman körfəzləri və Qırmızı dəniz vasitəsilə ixracın və ya idxalın davam etdirilməsinə imkan verməyəcək", - o bildirib.

Qəzet qeyd edib ki, Qırmızı dənizin blokadaya alınması, ehtimal ki, Yəməndə İranın dəstəklədiyi husilər hərəkatının cəlb edilməsi ilə bağlı olacaq.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ aprelin 13-də Şərq yay vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00-da) Hörmüz boğazında İran limanlarını bloklamağa başlayıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR