Son Xəbər: Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib, Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib, Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək, Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi, Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib, İlham Əliyev Türkiyəyə işgüzar səfər edib, Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik", “Teleradio”ya yeni rəhbər təyin edilib, Sahibə Qafarova Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılışında iştirak edib, "Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti,

Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək

Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək

Tarix: Bugün, 16:33

 Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası təşkil ediləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi məlumat yayıb.

Aktiv məşğulluq tədbiri aprelin 22-də saat 11:00-da Cəbrayıl şəhəri, M.Mehdizadə adına tam orta məktəbdə keçiriləcək.

Tədbirdə işaxtaran şəxslərə 20 müəssisə tərəfindən növbətçi mühəndis, aqronom, nəqliyyat üzrə mütəxəssis, mexanik, elektrik montyoru, mühəndis, operator, qaynaqçı, avtokar sürücüsü, fəhlə, usta və s. peşə istiqamətləri üzrə 100-ə yaxın vakansiya təqdim ediləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR