Son Xəbər: "Reuters": Tramp blokadanın İranla danışıqlara maneə törətməsi ilə bağlı fikiri nəzərdən keçirəcək, Ölkə üzrə pensiyalar sabah tam ödəniləcək, Ceyhun Bayramov şri-lankalı nazirlə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib, DYP hava ilə bağlı müraciət edib, TikTok 2025-ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib, Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb, Bakıda qəza olub, motosikletçi ölüb, İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib, Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb, Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib,

Ceyhun Bayramov şri-lankalı nazirlə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib

Ceyhun Bayramov şri-lankalı nazirlə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib

Tarix: Bugün, 12:18

 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Şri-Lanka Demokratik Sosialist Respublikasının Kənd İnkişafı, Sosial Təminat və İcmaların Səlahiyyətləndirilməsi naziri Upali Pannilage ilə görüşüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Qeyd edilib ki, nazirlər qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan münasibətlərin inkişafını yüksək qiymətləndirib, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Bundan əlavə Şri-Lanka tərəfi son təbii fəlakətlər zamanı Azərbaycan tərəfindən göstərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib.

Görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi və ticarət dövriyyəsinin artırılması məsələlərinə xüsusi diqqət yetirilib. Turizmin daha geniş əməkdaşlıq üçün mühüm amil olduğu vurğulanıb.

Bundan əlavə, Şri-Lanka vətəndaşları üçün təqaüd imkanları da görüş zamanı qeyd olunub.

Tərəflər bildiriblər ki, xarici işlər nazirləri arasında məsləhətləşmə mexanizmindən istifadə olunması, eləcə də çoxtərəfli platformalarda səylərin əlaqələndirilməsi ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verəcək.

Ceyhun Bayramov şri-lankalı nazirlə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR