Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Tramp sosial şəbəkələrin nizama salınması haqqında fərman imzaladı

Tramp sosial şəbəkələrin nizama salınması haqqında fərman imzaladı

Tarix: 29-05-2020, 10:18

ABŞ prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin işinin nizama salınması ilə bağlı fərman imzalayıb.

Bu barədə Ağ Evə istinadən “Reuters” xəbər verib.

“Bu gün mən söz azadlığının müdafiəsi, ABŞ vətəndaşlarının hüquqları üzrə icraçı fərmanı imzaladım. Sosial şəbəkələr neytral platforma nəzəriyyəsinə əsaslanaraq, “Twitter” kimi, məsuliyyətdən misli görünməmiş müdafiəyə malik idilər. Amma bu belə deyil”, – Tramp deyib.
ABŞ prezidenti qeyd edib ki, sosial şəbəkələr daha məsuliyyətdən müdafiə hüququna malik olmayacaqlar. Bu, böyük qərardır.
Prezidentin iddiasına görə, bu fərmana qədər sosial şəbəkələr “istədiyi hər şeyi edə bilirdi”.
Qeyd edək ki, daha əvvəl ABŞ administrasiyasının rəhbəri bildirib ki, ölkədə sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırıla, hətta dayandırıla bilər.
“Respublikaçıların fikrincə, sosial media platformalarında mühafizəkar səslər bütövlükdə susdurulur. Biz belə bir şeyin baş verməsinə yol verməkdənsə, onları ciddi tənzimləyər, yaxud bağlayarıq”, – Donald Tramp bildirib.
ABŞ-ın “Facebook” şirkətinin rəhbəri Mark Zukerberq isə bunun əleyhinə çıxıb. O, qeyd edib ki, bu, senzuraya gətirib çıxara bilər. /report/




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR