Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Hacıqabulda minik avtomobili “KamAZ”a çırpıldı – Xəsarət alanlar var

Hacıqabulda minik avtomobili “KamAZ”a çırpıldı – Xəsarət alanlar var

Tarix: 29-05-2020, 10:41

Hacıqabulda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

Mediabiz.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndindən keçən hissəsində qeydə alınıb.
Sürücü, 1986-cı il təvəllüdlü Əzimov Vasif Cümşüd oğlu “Chevrolet” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil qarşısında hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə zamanı “Chevrolet”də olan sərnişinlər, Yevlax rayon sakinləri – 34 yaşlı Həsənov İlkin Musa oğlu, 51 yaşlı Babayev Rafael İdris oğlu və Ağcabədi rayon sakini, 46 yaşlı Ağayev İlkin Şahlar oğlu müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR