Son Xəbər: Bakı metrosunda qatarların hərəkət intervalları azaldılıb, Borçalıda yaşayanların sayı açıqlandı, KİV: 30 ölkənin hərbçiləri Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı Londona toplaşır, Azərbaycan-Latviya sənədləri mübadilə edilib, Əli Əsədov: Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi ciddi təsir göstərir, Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO, Əli Əsədov Qazaxıstana səfər edib, Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı test imtahanı keçiriləcək, Səfirlik: İsrail Azərbaycanla münasibətlərin möhkəmlənəcəyinə ümid edir,

KİV: 30 ölkənin hərbçiləri Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı Londona toplaşır

KİV: 30 ölkənin hərbçiləri Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı Londona toplaşır

Tarix: Bugün, 14:38

 22-23 aprel tarixlərində Londonda 30-dan çox ölkədən hərbi ekspertlər Hörmüz boğazının yenidən açılması üçün formalaşdırılacaq hərbi missiya üzərində işləyəcək.

“Sky news” xəbər verir ki, bu görüş keçən həftə 12-dən çox ölkənin Böyük Britaniya və Fransanın rəhbərliyi altında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq hərbi missiyaya qoşulmaq barədə razılığa gəlməsindən sonra keçirilir.

“Bu gün və sabah əsas vəzifə diplomatik razılaşmanı birgə plana çevirmək, boğazda sərbəst gəmiçiliyi qorumaq və davamlı atəşkəsi dəstəkləməkdir. İnanıram ki, növbəti iki gün ərzində real irəliləyiş əldə oluna bilər”, - Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.

Britaniya tərəfi qeyd edib ki, danışıqlarda hərbi imkanlar, komanda strukturu və qüvvələrin regiona yerləşdirilməsi məsələləri müzakirə olunur. Məqsəd, şərait uyğun olduqda, su yolunun yenidən təhlükəsiz şəkildə açılmasıdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR