Son Xəbər: Muğanlı-İsmayıllı-Qəbələ yolu bir həftə bağlı olacaq, Bakı metrosunda qatarların hərəkət intervalları azaldılıb, Borçalıda yaşayanların sayı açıqlandı, KİV: 30 ölkənin hərbçiləri Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı Londona toplaşır, Azərbaycan-Latviya sənədləri mübadilə edilib, Əli Əsədov: Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi ciddi təsir göstərir, Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO, Əli Əsədov Qazaxıstana səfər edib, Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı test imtahanı keçiriləcək,

Borçalıda yaşayanların sayı açıqlandı

Borçalıda yaşayanların sayı açıqlandı

Tarix: Bugün, 15:15


Borçalıda yaşayanların sayı açıqlandı

Gürcüstan əhalisinin sayı 3.929.581 nəfər olub.

Yenilənmiş məlumat Gürcüstan Milli Statistika İdarəsi tərəfindən açıqlanıb.

Məlumata görə, Gürcüstan əhalisinin 52%-i (2.048.577) qadınlar, 48%-i (1.881.004) kişilərdir.

"Yenilənmiş məlumatlara əsasən, Gürcüstan əhalisinin sayı 3.929.581 nəfər olub ki, bu da 2025-ci ilin iyun ayında dərc edilmiş ilkin məlumatlarla (3.914.000) müqayisədə 0,4% artım deməkdir. Gürcüstan əhalisinin 52%-i (2.048.577) qadınlar, 48%-i (1.881.004) kişilərdir. Qadınların nisbəti Tbilisi və Kutaisidə nisbətən yüksəkdir - 54%, Keda, Xelvaçauri, Xaraqauli, Saqareco və Marneuli bələdiyyələrində isə nisbətən aşağıdır - 49%".

Əhalinin siyahıyaalınmasının nəticələrinə görə, Gürcüstan əhalisinin ən böyük nisbəti 35-39 yaş qruplarına (7,6%), 10-14 yaş (7,4%) və 30-34 yaş (7,2%) düşür. Həmçinin qeyd etmək lazımdır ki, 85 və daha yuxarı yaş qrupunda qadınların sayı xüsusilə yüksəkdir və kişilərdən 2,6 dəfə çoxdur.

Əhali siyahıyaalınmasına görə, Tbilisinin əhalisi 1.331.485 nəfərdir ki, bu da Gürcüstan əhalisinin 34 faizini təşkil edir. Əhaliyə görə ikinci və üçüncü ən böyük bölgələr müvafiq olaraq əhalinin 13 və 11 faizini təşkil edən İmereti (510.741) və Kvemo Kartli (Borçalı) (441.630) bölgələridir.

"Siyahıyaalma beynəlxalq metodologiyaya uyğun olaraq, ölkədə daimi yaşayan bütün Gürcüstan vətəndaşları, eləcə də ölkə daxilində yerləşən xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər siyahıyaalmaya cəlb ediliblər", - deyə açıqlamada bildirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR