Son Xəbər: I rübdə vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb, Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb, İran Hörmüz boğazında Cənubi Koreya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib, FHN gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib, Mikayıl Cabbarov Avropa çempionu olan yunan-Roma güləşi millisini təbrik edib, Avropa çempionatı: Azərbaycanın 4 qadın güləşçisi bu gün xalça üzərinə çıxacaq, BİZİM TƏQVİM:Aprelin 23-də baş vermiş tarixi hadisələr, Tağıyev qəsəbəsində avtomobil aşıb, ölən var, Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ, İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib,

İran Hörmüz boğazında Cənubi Koreya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib

İran Hörmüz boğazında Cənubi Koreya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib

Tarix: Bugün, 11:12

İran Hörmüz boğazında Cənubi Koreya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib

Cənubi Koreyanın İran üzrə xüsusi nümayəndəsi Çon Byon Ha bu ölkənin xarici işlər naziri Abbas Əraqçi ilə Tehranda görüşüb.

Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Görüş Yaxın Şərqdə gərginliyin artması fonunda Hörmüz boğazında çətin vəziyyətdə qalan Cənubi Koreya gəmiləri və dənizçilərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Seulun səyləri fonunda baş tutub.

Çon Byon diplomatik səylərin münaqişəyə son qoymağa imkan verəcəyinə və regionda sülh və sabitliyə gətirib çıxaracağına ümidvar olduğunu bildirib. O, həmçinin Seul və Tehran arasında ikitərəfli münasibətlərin inkişafının vacibliyini vurğulayıb.

Əraqçi bu mövqeyi dəstəkləyərək, İranın qeyd olunan istiqamətdə Cənubi Koreya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

"Yonhap" agentliyinin məlumatına görə, hazırda Cənubi Koreyanın 26 gəmisi və 173 dənizçisi Hörmüz boğazında qalmaqdadır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR