Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

I rübdə vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb

I rübdə vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb

Tarix: 23-04-2026, 12:28

Bu ilin I rübündə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 89 cinayət işi başlanılıb.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Belə ki, hesabat dövründə 23 nəfər barəsində 19 cinayət işi üzrə ittiham aktı baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. İcraatına xitam verilmiş 12 cinayət işi, o cümlədən cinayət işinin başlanılması rədd olunmuş 51 material və ibtidai istintaqı tamamlanmış 5 cinayət işi üzrə 2.180,1 min manat məbləğində vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bundan əlavə, hesabat dövründə icraatı davam edən cinayət işləri və materiallar üzrə dövlət büdcəsinə ümumilikdə 4.185,4 min manat məbləğində vurulmuş ziyanın ödənilməsi təmin olunub.

Müxtəlif sahələr üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 14 vergi ödəyicisinə məxsus 19 obyektdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məsələsi üzrə operativ vergi nəzarəti tədbirləri həyata keçirilib və 9 vergi ödəyicisinə məxsus 10 obyektdə ümumilikdə 30 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkar olunub. Həmin şəxslərin əmək hüquqları bərpa olunub və aidiyyəti vergi ödəyiciləri barəsində müvafiq tədbirlər görülərək ümumilikdə 60,0 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR