Son Xəbər: ABŞ İran nefti daşıyan tankeri ələ keçirib, Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir, Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb, Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar ödəniləcək, İlham Əliyev: Dünyadakı təhdidlər Azərbaycandakı ağsaqqallıq institutunun əhəmiyyətini vurğulayır, I rübdə vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb, Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb, İran Hörmüz boğazında Cənubi Koreya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib, FHN gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib, Mikayıl Cabbarov Avropa çempionu olan yunan-Roma güləşi millisini təbrik edib,

Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb

Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb

Tarix: Bugün, 15:10

Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb

Pakistan Yaxın Şərqdə vəziyyətin normallaşdırılması üzrə İranın konstruktiv addımlar atacağına ümid edir.

Bu barədə Pakistanın daxili işlər naziri Möhsün Nakvi ABŞ-nin müvəqqəti işlər vəkili Natali Beykerlə görüşündə bildirib.

Görüş zamanı tərəflər Tehranın öz nümayəndə heyətini göndərəcəyini təsdiqləməməsi səbəbindən təxirə salınmış ABŞ və İran arasında danışıqların ikinci raundu ətrafındakı diplomatik səyləri müzakirə ediblər.

Nakvinin sözlərinə görə, Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munir sülh yolu ilə nizamlanmanı dəstəkləmək üçün bütün səviyyələrdə səylər göstərir və bütün tərəflərin diplomatiyaya şans verəcəyinə ümid edirlər.

Nakvi həmçinin ABŞ Prezidenti Donald Trampın atəşkəs rejiminin uzadılması qərarını yüksək qiymətləndirib və bunu gərginliyin azaldılması istiqamətində mühüm addım adlandırıb.

Bəyanatda qeyd olunub ki, Beyker də öz növbəsində sülhün təşviqində Pakistanın konstruktiv rolunu müsbət qiymətləndirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR