Son Xəbər: İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər, Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq, Azərbaycan nefti ucuzlaşıb, ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb, Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur, Milli Məclisin iclası başlayıb, Ağdaşda avtomobili ildırım vurub, yanğın olub, Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək, Azərbaycan XİN Rusiyanı təbrik etdi, DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq,

Gürcüstan prezidenti Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb

Gürcüstan prezidenti Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb

Tarix: 23-04-2026, 17:59

Gürcüstan prezidenti Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Acarıstan Muxtar Respublikası hökumətinin sədri vəzifəsinə Zurab Pataradzenin namizədliyini irəli sürüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Prezident bu barədə keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, namizədlik təsdiq üçün Acarıstan Muxtar Respublikasının Ali Şurasına təqdim olunub.

Qərarın siyasi qurumlarla məsləhətləşmələr və Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə qəbul edildiyi qeyd olunub.

Dövlət başçısı vurğulayıb ki, Zurab Pataradze uzun illər dövlət qulluğunda və diplomatik xidmətdə çalışaraq Gürcüstanın maraqlarını beynəlxalq səviyyədə uğurla təmsil edib və fövqəladə və səlahiyyətli səfir rütbəsinə malikdir.

Qeyd olunub ki, Pataradze 2016–2018-ci illərdə də Acarıstan Muxtar Respublikasının hökumət sədri vəzifəsini icra edib və həmin dövrdə regionda bir sıra mühüm layihələrin həyata keçirilməsi ilə yadda qalıb. Prezident onun regionun ehtiyaclarını yaxşı bildiyini və zəngin təcrübəsinin Acarıstanın inkişafına töhfə verəcəyinə əmin olduğunu qeyd edib.

Eyni zamanda, Kavelaşvili indiyədək bu vəzifəni icra edən Sulxan Tamazaşviliyə fəaliyyətinə görə təşəkkür edib və yeni vəzifəsində uğurlar arzulayıb.

Xatırladaq ki, Baş nazir İrakli Kobaxidze Sulxan Tamazaşvilini Gürcüstanın daxili işlər naziri təyin edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR