Son Xəbər: İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər, Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq, Azərbaycan nefti ucuzlaşıb, ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb, Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur, Milli Məclisin iclası başlayıb, Ağdaşda avtomobili ildırım vurub, yanğın olub, Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək, Azərbaycan XİN Rusiyanı təbrik etdi, DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq,

Baş Prokuror İran səfirini qəbul edib

Baş Prokuror İran səfirini qəbul edib

Tarix: 24-04-2026, 15:28

Baş Prokuror İran səfirini qəbul edib

Aprelin 24-də Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçulunu qəbul edib.

Bu barədə Baş prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Baş prokuror ilk növbədə, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xomeneinin vəfatı, həmçinin son hadisələr nəticəsində xeyli sayda mülki vətəndaşın ölməsi ilə əlaqədar qarşı tərəfə başsağlığı verib, tezliklə regionda sülhün bərqərar olmasına inamını bildirib.
Həmçinin qeyd edib ki, Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır və ölkələrimiz arasında qədim tarixi, mədəni və dini bağlar mövcuddur. Xüsusilə vurğulayıb ki, hər iki ölkənin dövlət başçıları arasında mövcud səmimi və dost münasibətlər bütün istiqamətlərdə, o cümlədən hüquqi sferada da əməkdaşlığın dərinləşməsinə rəvac verir.

Bundan başqa, Baş prokuror 2022-ci ildə İranlı həmkarının dəvəti ilə həmin ölkəyə etdiyi işgüzar səfəri xatırladıb, eləcə də müxtəlif platformalarda İranın hüquq mühafizə orqanlarının rəhbərləri ilə keçirilən məhsuldar görüşlərini qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Müctəba Dəmirçulu iki ölkə arasındakı əlaqələrin əhəmiyyətindən danışıb, son hadisələr fonunda Prezident İlham Əliyevin İran səfirliyini ziyarət edərək şəxsən başsağlığı verməsinə və Azərbaycan Respublikası tərəfindən İran xalqına göstərilən hərtərəfli dəstəyə görə dərin minnətdarlığını qeyd edib. O bildirib ki, Azərbaycan Respublikası İrana ilk humanitar yardım göstərən ölkə olub və bu qarşı tərəf üçün xüsusi məna daşıyır. Eyni zamanda ölkəmizin öz ərazisi vasitəsilə digər ölkələr tərəfindən göndərilən humanitar yardımların keçidinə şərait yaratması da dostluq addımıdır və yüksək qiymətləndirilir.

Səfir, həmçinin Azərbaycan və İranın hüquq mühafizə orqanları arasında mövcud əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüş çərçivəsində tərəflər cinayətkarlığın müxtəlif formalarına, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, məhkumların təhvil verilməsi və bu sahələrdə fəaliyyətin səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər. Bununla yanaşı, münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili barədə fikir mübadiləsi aparılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR