Son Xəbər: Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək, Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb, ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib, Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib, Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb, TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb, Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb, İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB, Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib, 600 bal toplayanların ən çoxu I qrupdadır,

Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq

Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq

Tarix: 28-04-2026, 18:09

Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.

Bu barədə məlumatı WUF13 Azərbaycan Əməliyyat Şirkəti yayıb.

Bildirilib ki, monitorinq çərçivəsində mayın 1-də saat 10:00–16:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.

“Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında hərəkət edən H1 ekspress avtobus marşrutu fəaliyyətini normal və fasiləsiz şəkildə davam etdirəcək. Eyni zamanda, bu müddət ərzində fərdi nəqliyyat vasitələri və taksilər hava limanı ərazisinə alternativ yollar vasitəsi ilə sərbəst daxil ola və çıxa biləcəklər. Gecikmələrin qarşısını almaq məqsədilə səfərlərin öncədən planlaşdırılması tövsiyə olunur.

WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib”, - məlumatda qeyd olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR