Son Xəbər: Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib, Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq, "Gənclər evi" sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək, Bazar günü bu yollar tam bağlanacaq - SİYAHI, Milli Məclisin iclası başladı, Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb, Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb, Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq, Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb, Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM,

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

Tarix: Bugün, 12:45

Bakıda və Abşeron yarımadasında mayın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə 60-70 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR