Son Xəbər: Naxçıvan Muxtar Respublika Xəstəxanasına direktor təyin edildi, Buraxılış imtahanının nəticələri ELAN OLUNDU, Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat, Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı, Partlayışda yaralanan həkim sağdır - RƏSMİ AÇIQLAMA, Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər, Nazir: "Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib", Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib, Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib, Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq,

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat

Tarix: Bugün, 17:25

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinat olub.

AMB-dən verilən məlumata görə, Sadiq Fərhad oğlu Axundov mayın 1-dən etibarən baş direktor təyin edilib.

Bununla da AMB-nin baş direktorlarının sayı 10-a çatıb.

Qeyd edək ki, Sadiq Axundov əmək fəaliyyətinə 2009-cu ildə “Azəriqazbank” ASC-də Bank sistemləri şöbəsində mütəxəssis vəzifəsi ilə başlamış, həmin bankda müxtəlif vəzifələrdə, o cümlədən Proqram təminatlarının və platformaların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-2019-cu illərdə “Amrahbank” ASC-də Məlumat bazası və proqramlaşdırma şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2019-2024-cü illərdə “ZiraatBank Azərbaycan” ASC-də İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləmişdir.

2024-cü ilin mart-iyul aylarında Azərbaycan Respublikası Mərkəzi Bankında Sədrin ofisi departamentində məsləhətçi vəzifəsində işləmişdir. 2024-cü ilin iyul ayından 2026-cı ilin aprel ayınadək Mərkəzi Bankın İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru vəzifəsində işləmişdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR