Son Xəbər: MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib, Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib, Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb, Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur, Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI, Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb, BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr, İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib, Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb, Dövlət Komitəsində kollegiya iclası keçirilib, tapşırıqlar verilib,

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

Tarix: Bugün, 11:31

 "Bakı Metropoliteni" QSC bu ilin aprel ayında 20 510 029 sərnişinə xidmət edib.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 0,11 % çoxdur.

Məlumata görə, aprelin lideri "Koroğlu" stansiyası olub. Ay ərzində stansiyanın 1 824 773 istifadəçisi olub.

Bu ilin ilk 4 ayı üzrə ən çox sərnişin daşınan 3 günün 2-si məhz aprelə təsadüf edir. Belə ki, 3 aprel – 819 536, 18 fevral – 818 376, 2 aprel – 802 283 sərnişin səfər edib.

Bundan başqa, NFC ilə ödənişlərdə artım davam edir. Belə ki, aprel ayında 8 057 376 nəfər bu ödəniş vasitəsindən istifadə edib. Bu, ümümi ödənişli sərnişinlərin 40,3 %-ni təşkil edir.

Ötən ay "Əlçatan metro" xidmətindən istifadə edənlərin sayı artıb və 236 sifariş həyata keçirilib. Bu göstərici ötən ilin eyni ayına nəzərən 35,6 % daha çox olub.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR