Son Xəbər: TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb, Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb, İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB, Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib, 600 bal toplayanların ən çoxu I qrupdadır, Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb, Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib, Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb, Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib, Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib,

Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"

Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"

Tarix: 6-05-2026, 11:54

Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"

Hazırda Azərbaycanda suvarılan əkin sahələrinin təqribən 10-14 %-ində, yəni 130 min hektar ərazidə müasir suvarma texnologiyaları istifadə olunur.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakı Ekspo Mərkəzində təşkil edilən "İqlim, iqtisadi və təhlükəsizlik çağırışları kontekstində ərzaq təhlükəsizliyi: Regional perspektivlərin fərqli və oxşar cəhətləri" adlı panel müzakirələri zamanı bildirib.

"2030-cu ilədək bu rəqəmin 300 min hektara çatdırılması nəzərdə tutulur. Suyun ölçülməsi qarşıdakı illərin başlıca prioritetlərindən birinə çevriləcək. İstifadə edilən suyun 70 %-i kənd təsərrüfatı sektoruna sərf olunsa da, bu sahədə faktiki olaraq ölçmə mexanizmi mövcud deyil. Ölçmədiyimiz heç bir şeyi idarə etmək mümkün deyil".

Nazirin açıqlamasına əsasən, Azərbaycanda əsas çətinlik su çatışmazlığı deyil, su ehtiyatlarının səmərəli idarə edilməməsidir.

"Mövcud problemin aradan qaldırılması məqsədilə müxtəlif istiqamətlərdə tədbirlər görülür. Birinci növbədə kiçik, orta və böyük həcmli su anbarlarının inşası reallaşdırılır. İkinci istiqamət isə açıq torpaq kanallarından beton örtüklü və qapalı boru sistemlərinə keçidi nəzərdə tutur. Bu həm su itkilərinin qarşısını alır, həm torpaq resurslarından qənaətlə istifadəyə şərait yaradır, həm də məhsuldarlığı yüksəldir", - deyə o qeyd edib.

M. Məmmədov həmçinin əlavə edib ki, Azərbaycan torpaq konsolidasiyası və resurs idarəetməsi sahəsində Türkiyənin təcrübəsindən də faydalanacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR