Son Xəbər: Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib, AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib, Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu, Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik", Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur, Sabah 23 dərəcə isti gözlənilir, Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq", İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək, WUF13-ün proqramı açıqlanıb, Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət,

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib

Tarix: Bugün, 15:22

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib

Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə böyük limitlərlə kredit kartlarını verilməsinin qarşısını alıb.

Bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Biz əmək haqqının 5 misli qədər limit tətbiq etdikdən sonra kredit kartlarının sayı aktiv şəkildə azalmağa başladı. Çünki kartlar vasitəsilə inanılmaz dərəcədə böyük borclanma baş verirdi. Biz bunun qarşısını aldıq", - deyə o qeyd edib.

AMB-nin açıqladığı statistik bülletenə əsasən, aprelin 1-nə ölkədəki 22,4 milyon ədəd ödəniş kartının 20,3 milyonu debet, 2,1 milyonu kredit kartı olub. Son 1 ildə debet kartların sayı 12 % artıb, kredit kartlarının sayı isə 9 % azalıb. Kartların ümumi sayında 10 % artım qeydə alınıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR