Son Xəbər: Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil, Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb, Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib, Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək, Balakən kanat yolunun inşasına başlanılıb, Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb, Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq, UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir, Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər, Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib,

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

Tarix: Bugün, 12:11

 
"Bakı Metropoliteni" QSC 9 May–Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edəcək.

9 və 11 may tarixlərində "28 May–Əhmədli" və əks istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.

Bənövşəyi xətdə, həmçinin "Cəfər Cabbarlı-Xətai" və "Həzi Aslanov-Əhmədli" mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq.

"Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.

İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR