Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib

Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib

Tarix: 7-05-2026, 12:57

Naxçıvanda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Naxçıvan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə keçirilən təlimdə Əlahiddə Ümumqoşun Ordunun, FHN-nin aidiyyəti strukturlarının, Fövqəladə Hallar Komissiyasının nümayəndələri, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.

Təlim üçün nəzərdə tutulan qərargahda keçirilən müşavirədə mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışılıb, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini qeyd olunub, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, təlimin əsas məqsədi fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin praktiki vərdişlərinin daha da təkmilləşdirilməsidir.

Ümumilikdə 404 nəfərdən ibarət şəxsi heyətin və 52 ədəd texnikanın cəlb edildiyi təlimdə tapşırıqlar yüksək keyfiyyətlə icra edilib, qarşıya qoyulan məqsədlərə nail olunub.

Sonda tədbirdə fərqlənənlərə Fəxri fərmanlar təqdim edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR