Son Xəbər: Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib, Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil, Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb, Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib, Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək, Balakən kanat yolunun inşasına başlanılıb, Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb, Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq, UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir, Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər,

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil

Tarix: Bugün, 14:30


Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil.

"Armenpress"in məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfəri və bununla bağlı səsləndirilən tənqidlərlə bağlı sualı cavablandırarkən deyib.

“Ukrayna Prezidentinin səfərinə gəlincə, mən əvvəllər də bu mövzuda açıqlamalar vermişəm. Biz Ukraynaya humanitar yardım göndərmişik və mən Ukrayna məsələsində Rusiya ilə müttəfiq olmadığımızı demişəm”, - Paşinyan bildirib.

Baş nazir vurğulayıb ki, Alma-Ata Bəyannaməsi Ermənistan üçün fundamental əhəmiyyət kəsb edir və İrəvan da bunun əsasında Azərbaycanla sülh prosesi qurur: “Alma-Ata Bəyannaməsinin bizim üçün nə qədər vacib və fundamental olduğunu bilirsiniz və biz bu bəyannaməyə əsaslanırıq və Azərbaycanla bu təməl üzərində sülh qururuq. Və bu, bizim prinsipial mövqeyimizdir”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 4-də Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün İrəvana səfər edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR