Son Xəbər: Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ, Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub, Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib, Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil, Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb, Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib, Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək, Balakən kanat yolunun inşasına başlanılıb, Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb, Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq,

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

Tarix: Bugün, 15:04

Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasındakı hərbi əməkdaşlıq planına əsasən, Özbəkistan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Milli Müdafiə Universitetində (MMU) keçirilən görüşdə universitetin yaranma tarixi, fəaliyyəti və tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri barədə brifinqlər təqdim olunub, hərbi təhsil sisteminin cari vəziyyəti təhlil edilib.

Səfər çərçivəsində özbəkistanlı qonaqlar MMU-nun Hərbi İdarəetmə İnstitutunda, Xarici Dil Mərkəzində, Hərb Oyunları Mərkəzində və Heydər Əliyev adına Hərbi İnstitutda olublar. Nümayəndə heyətinə tədris prosesi barədə məlumat verilib, onlar müəssisələrin ərazisi və inzibati binalarında yaradılan şəraitlə tanış olublar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR