Son Xəbər: Sabah 30 dərəcə isti olacaq, Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib, Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib, Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub, Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi, Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq, Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir, Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək, Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib, "Heydər Əliyev və Azərbaycan Ədliyyəsi" kitabının təqdimatı olub,

Sabah 30 dərəcə isti olacaq

Sabah 30 dərəcə isti olacaq

Tarix: Bugün, 13:04

 Azərbaycanda mayın 15-də 30 dərəcə isti proqnozlaşdırılır.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər və axşam bəzi dağlıq ərazilərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21°, bəzi yerlərdə 25° isti olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR