Son Xəbər: BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır, Tramp iki günlük səfərindən sonra Çini tərk edib, İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib, Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək, Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb, Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək, Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq, Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir, Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır, Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib,

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

Tarix: Bugün, 09:22

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

Misli Premyer Liqasında XXXII tura bu gün start veriləcək.


İlk oyun günündə iki görüş baş tutacaq.


Əvvəlcə "Karvan-Yevlax" "Qəbələ"ni qəbul edəcək. Yevlax şəhər stadionunda, saat 17:00-da başlayacaq matçı Əli Əliyev idarə edəcək. Yevlax təmsilçisi hazırda 14 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb. 21 xala malik "Qəbələ" isə 11-cidir.


Günün son matçında "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gələcək. "SOCAR Polymer Arena"da, saat 19:30-da start götürəcək görüşü Rəşad Əhmədov idarə edəcək. "Araz-Naxçıvan" 40 xalla 7-ci yerdədir. 27 xala malik Gəncə klubu isə 10-cudur.


Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR