Son Xəbər: Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir, Bakıda oğurluq edən şəxslər saxlanılıblar, İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib, DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb, Xəzər dənizində zəlzələ olub, Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir,

Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub

Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub

Tarix: 15-05-2026, 16:03

Yaxın ətrafımızda baş verən böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin strateji əhəmiyyətini bir daha ortaya qoyub.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.

“Yaxın ətrafımızda baş verən böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin strateji əhəmiyyətini bir daha ortaya qoyub. Geosiyasi sınaqlar qarşısında məsləhətləşmə mexanizmlərimizi və koordinasiyamızı gücləndirməliyik. TDT+ formatının ən qısa zamanda həyata keçirilməsini faydalı hesab edirik. Bizim və nazirlərimizin artan təmasları türk dövlətlərinin artıq ortaq məsələlər qarşısında yüksək səviyyəli reflekslər qazandığını təsdiqləyir.

Bu gün Hörmüz boğazı mərkəzli böhranın göstərdiyi kimi, Orta Dəhliz başda olmaqla türk dünyasını bir-birinə bağlayan nəqliyyat layihələri uzun illər ərzində prioritetimiz olaraq qalacaq. Yüksək texnologiyalar əsasında formalaşdırdığımız müdafiə sənayesində qazandığımız təcrübəni təşkilatımızın üzvləri ilə bölüşməyə hazırıq. Təşkilatımız çərçivəsində müdafiə sənayesi qurumlarının toplantılarının mütəmadi keçirilməsinə böyük önəm veririk. Noyabr ayında ölkəmizdə keçiriləcək COP31 İqlim Konfransını süni intellekt və rəqəmsal texnologiyaların təqdim etdiyi imkanları ön plana çıxaran yanaşma ilə təşkil etməyi planlaşdırırıq. Bundan əlavə, kənd təsərrüfatı istehsalının dəstəklənməsi üçün texnologiyanın imkanlarından maksimum istifadə etməyi hədəfləyən bir transformasiya prosesindəyik”, - Türkiyə Prezidenti qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR