Son Xəbər: Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?, Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər, Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, Bu gün Azərbaycanda Diplomatiya Günüdür, Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır, Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub, Bir qrup diplomata diplomatik rütbələr verilib, Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub, Pərviz Şahbazov: "Yaşıl Enerji Dəhlizi" layihəsi inkişaf mərhələsinə keçib, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq,

Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur

Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur

Tarix: 18-05-2026, 10:08

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa işləri və Böyük Qayıdış bir çox beynəlxalq qurum və tərəfdaş üçün böyük maraq doğurur.

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyev deyib.O qeyd edib ki, qısa müddət ərzində Azərbaycan bir çox çətin prosesdən keçdi və bunu uğurla etdi:

“Mina problemlərindən başlayaraq, eyni vaxtda geniş ərazilərdə mürəkkəb planlaşdırma işləri aparıldı, paralel şəkildə 12 şəhər, yüzlərlə kənd üzrə işlər həyata keçirildi. Bu, həqiqətən çox böyük həcmdə işdir. Biz yalnız planlaşdırma aparmırıq, eyni zamanda bütün tendensiyaları və tövsiyələri nəzərə almağa çalışırıq. Biz sadəcə evlər tikib insanları həmin binalara qaytarmırıq. Biz həmin ərazilərdə yeni həyat keyfiyyəti formalaşdırırıq. Bundan əlavə, Azərbaycanda çox unikal idarəetmə modeli, institusional yanaşma və institusional islahatlar tətbiq olunub. Bunlar cənab Prezident tərəfindən həyata keçirilib. Nəticədə bu gün artıq təxminən 90 min insan Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir universitetlərdə təhsil alır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR