Son Xəbər: Deputatlar Tacikistana gedirlər, İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb, Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir, Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO, Özbəkistan lideri: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə dəyişiklik edilib, Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik, Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb, Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir - CANLI, Kobaxidze Bakıdadır - Foto,

Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO

Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO

Tarix: Dün, 16:59

 Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, mayın 18-də Sulxan Tamazaşvili və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar. Dost ölkənin təmsilçiləri Şəhidlər xiyabanını da ziyarət edib, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını bildiriblər.

Həmin gün daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov gürcüstanlı həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə S.Tamazaşvilini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.

O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb, ötən illər ərzində imzalanmış sənədlərin işgüzar mühitin formalaşmasına əlverişli şərait yaratdığı, bunun informasiya mübadiləsində özünü göstərdiyi, transmilli cinayətkarlığın bütün növləri, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində səmərəli əməkdaşlığın xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyə xidmət etdiyi qeyd olunub.

Qonaq qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə mövcud sabitlikdən, Bakının dünyanın təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.

Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsinə baş çəkərək fəaliyyəti ilə tanış olublar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR