Son Xəbər: Tramp Hörmüz boğazından danışıb: Mən tələsmirəm, Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib, WUF13-ə onlayn qeydiyyat uzadıldı, Şəhərlər bizi nəzərə almadan qurulur – BMT rəsmisindən mesaj, Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər, Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb, CAR naziri Bakıda danışdı: Sakinlər təhlükəsiz ərazilərə köçürülür, Məcburi köçkünlərlə bağlı mühüm qərar - parlament komitələri toplaşır,

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Tarix: Bugün, 09:04

 Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,86 ABŞ dolları və ya 0,73 % azalaraq 117,3 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 114,68 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,81 ABŞ dolları və ya 0,7 % azalaraq 114,9 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR