Son Xəbər: Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?, Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər, Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, Bu gün Azərbaycanda Diplomatiya Günüdür, Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır, Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub, Bir qrup diplomata diplomatik rütbələr verilib, Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub, Pərviz Şahbazov: "Yaşıl Enerji Dəhlizi" layihəsi inkişaf mərhələsinə keçib, Sabah Azərbaycanda 35 dərəcə isti olacaq,

"Energetika Memarlığı" filmi təqdim olunub

"Energetika Memarlığı" filmi təqdim olunub

Tarix: 20-05-2026, 10:36

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "AzərEnerji" ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzi tərəfindən "Energetika memarlığı" adlı film hazırlanıb.

Film, Azərbaycanın elektroenergetika sahəsinin tarixi inkişaf yolunu, bu sahədə formalaşmış memarlıq və texnoloji yanaşmaları əks etdirən sənədli ekran işidir. Burada 1883-cü ildə Gədəbəydə ilk elektrik stansiyasının qurulmasından başlayaraq, müasir dövrdə həyata keçirilən iri enerji layihələrinə qədər uzanan inkişaf mərhələləri təqdim edilir.

Ekran əsərində energetika yalnız texniki infrastruktur kimi deyil, həm də şəhərsalma, memarlıq və milli inkişafın mühüm elementi kimi göstərilir. Filmdə Azərbaycanda enerji obyektlərinin keçdiyi təkamül yolu - sovet dövrünün funksional yanaşmasından başlayaraq, müasir dövrdə estetik və rəqəmsal həllərlə zənginləşdirilmiş yeni energetika memarlığı modelinə qədər geniş şəkildə nümayiş olunur.

Filmdə, xüsusilə son 20 ildə həyata keçirilən enerji layihələri, qapalı tipli yarımstansiyalar, rəqəmsal idarəetmə mərkəzləri, müasir elektrik stansiyaları və işğaldan azad edilmiş ərazilərdə qurulan yeni enerji infrastrukturu ön plana çıxarılır. Bununla yanaşı, "yaşıl enerji" konsepsiyası çərçivəsində yaradılan müasir enerji sistemləri də ekran əsərinin əsas mövzularından biridir.

"Energetika Memarlığı" filmi Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, müasir sənaye estetikasının formalaşdırılması və gələcəyin dayanıqlı enerji infrastrukturunun qurulması istiqamətində görülən işləri vizual və tarixi ardıcıllıqla təqdim edir. Film, energetikanın yalnız iqtisadi inkişaf deyil, həm də milli memarlıq düşüncəsi və dövlətçilik baxışının tərkib hissəsinə çevrildiyini nümayiş etdirir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR