Son Xəbər: Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir, Bakıda oğurluq edən şəxslər saxlanılıblar, İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib, DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb, Xəzər dənizində zəlzələ olub, Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir,

Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib

Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib

Tarix: 20-05-2026, 17:32

Nazir müavini: Türkiyənin “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib

Türkiyə “Sıfır tullantı” layihəsi ilə 90 milyon ton tullantını iqtisadiyyata qazandırıb.

Bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Həsən Suver WUF13 çərçivəsində “Tullantıların idarə edilməsinin dövri iqtisadiyyata doğru inkişaf etdirilməsi” adlı xüsusi sessiyada deyib.

Nazir müavini bildirib ki, idarə olunmayan tullantılar xüsusilə həssas şəhər ərazilərində ciddi ekoloji, iqlim və sosial risklər yaradır.

Onun sözlərinə görə, nəzarətsiz tullantılar metan emissiyalarını artırır, su və torpaq çirklənməsinə səbəb olur, daşqın və təbii fəlakət risklərini yüksəldir.

Çıxış zamanı vurğulanıb ki, 2017-ci ildə başladılan “Sıfır tullantı” layihəsi artıq qlobal ekoloji təşəbbüsə çevrilib. Layihə çərçivəsində minlərlə bina və yaşayış məntəqəsində “Sıfır Tullantı İdarəetmə Sistemi” qurulub, 28 milyon insana maarifləndirici təlimlər keçirilib.

Məlumata görə, Türkiyədə təkrar emal göstəricisi 2017-ci ildəki 13 faizdən 2025-ci ildə 37,53 faizə yüksəlib. Hədəf isə bu göstəricini 2035-ci ildə 60 faizə, 2053-cü ildə isə 70 faizə çatdırmaqdır.

Nazir müavini qeyd edib ki, layihənin icrasına başlanıldığı vaxtdan 2025-ci ilin sonunadək ümumilikdə 90 milyon ton təkrar emal edilə bilən tullantı iqtisadi dövriyyəyə qaytarılıb. Bunların sırasında 36,1 milyon ton kağız və karton, 10,2 milyon ton plastik, 3,5 milyon ton şüşə və 9,6 milyon ton metal tullantıları yer alır.

Bildirilib ki, təkrar emal nəticəsində Türkiyə iqtisadiyyatına 365 milyard türk lirəsi həcmində töhfə verilib. Bununla yanaşı, milyonlarla ailənin illik enerji ehtiyacına bərabər enerji qənaəti əldə olunub, 60 milyard litr neftə qənaət edilib və 613 milyon ağacın kəsilməsinin qarşısı alınıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR