Son Xəbər: Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb, Suriya G7 sammitinə dəvət olundu: "Böyük Yeddilik" tarixində bir ilk, Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib, Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü, Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib, Zelenski: Ukrayna Rusiya FTX-nın qərargahına zərbə endirib, Fələstinli mütəxəssis: Yaşıl məkanlar şəhərləri daha yaşana bilən edir, BMT: Dünya Bankı ölkələrində yüksək urbanizasiya və aşağı iqlim dayanıqlılığı var, Rok Xaokas: Fransa Yeni Kaledoniyaya münasibətdə siyasətinin müstəmləkə mahiyyətini gizlətmir, WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur,

Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Tarix: Bugün, 18:46

Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Cənab Prezident.

Müstəqillik Günü münasibətilə həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir. İkitərəfli əlaqələrimizin möhkəmliyini yüksək qiymətləndirir və qarşıdakı illərdə əməkdaşlığımızın daha da genişləndirilməsinə sadiq qaldığımı bildirirəm.

Dövrümüzün ortaq çağırışları, xüsusilə iqlim dəyişikliyi və ətraf mühitimizin qorunması ilə bağlı məsələlərlə üzləşdiyimiz bir vaxtda ölkələrimizin təsirli və uzunmüddətli həllər naminə birgə fəaliyyətini davam etdirəcəyinə ümidvaram.

Həyat yoldaşım və mən qarşıdakı dövrdə sülh, firavanlıq, rifah diləyi ilə Sizə və bütün azərbaycanlılara ən səmimi salamlarımızı göndəririk”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR