Son Xəbər: Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur, Xəzər dənizində zəlzələ olub,

Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb

Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb

Tarix: 27-05-2026, 10:50

Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Xerson, Sumı və Dnepr vilayətlərinə zərbələr endirib, nəticədə 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

Bu barədə vilayət hərbi administrasiyaların (VHA) rəhbərləri və hüquq-mühafizə orqanları bildirib.

Xerson VHA-nın rəhbəri Aleksandr Prokudin bildirib ki, regionda Rusiya zərbələri nəticəsində 1 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Ukraynanın Milli Polisinin mətbuat xidməti Rusiya qoşunlarının Sumı vilayətinin yaşayış məntəqələrini atəşə tutduğunu və 2 nəfərin yaralandığını bildirib.

Dnepr VHA-nın rəhbəri Aleksandr Qanja qeyd edib ki, Rusiya qüvvələri vilayətin iki rayonuna pilotsuz uçuş aparatları (PUA), artilleriya və aviabombalarla hücum edib.

"6 nəfər yaralanıb. Rusiya təxminən 20 dəfə vilayətin iki rayonuna PUA-lar, artilleriya və aviabombalarla hücum edib", - o, teleqramda yazıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR