Son Xəbər: Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb, TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub, Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb, Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib,

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər

Tarix: Bugün, 14:35

 
Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketinə ölkənin aparıcı neft şirkətlərindən olan "LUKOIL" və "Rosneft"in də daxil edilə biləcəyi bildirilir.

Brüsseldə müzakirə olunan yeni məhdudiyyətlər Rusiya iqtisadiyyatının əsas gəlir mənbələrindən hesab olunan enerji sektorunu hədəf alır. Məlumatda qeyd olunur ki, "LUKOIL" və "Rosneft"ə qarşı sanksiyalarla yanaşı, Rusiyanın "kölgə donanması" kimi tanınan tanker şəbəkəsinə qarşı da əlavə tədbirlər nəzərdən keçirilir.

Mövzunun diqqət çəkən tərəflərindən biri isə "LUKOIL"un ən böyük səhmdarı olan Azərbaycan mənşəli rusiyalı iş adamı, milyarder Vahid Ələkbərovun adının yenidən gündəmə gəlməsidir.

Uzun illər "LUKOIL"a rəhbərlik etmiş Vahid Ələkbərov şirkətin ən iri səhmdarlarından biri olaraq qalır. Beynəlxalq maliyyə reytinqlərinə görə onun sərvəti təxminən 28-30 milyard dollar həcmində qiymətləndirilir və o, postsovet məkanının ən zəngin iş adamları sırasında yer alır.

Avropa İttifaqının enerji sektoruna yönəlmiş yeni sanksiyaları qəbul edilərsə, bu, "LUKOIL"un Avropadakı fəaliyyət imkanlarına, beynəlxalq əməliyyatlarına və investisiya layihələrinə əlavə təzyiq yarada bilər.

Qeyd edək ki, Aİ-nin yeni sanksiyalar paketinin iyunun sonu və ya iyulun əvvəlində təqdim olunacağı gözlənilir. Paketdə Rusiya bankları, maliyyə institutları və enerji sektorunda fəaliyyət göstərən iri şirkətlərə qarşı məhdudiyyətlərin yer alacağı bildirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR