Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər

Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər

Tarix: 31-05-2020, 15:33


Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fərqlənmə nişanı alan və əsasən də şəffaf arakəsmə quraşdıran taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər.

 Trend-in sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, yeni qaydalara əməl edən şəxslər heç bir məhdudiyyət olmadan işləyəcəklər:
"Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyun ayının 15-ə qədər şəhərlərarası sərnişindaşımada məhdudiyyətin vaxtı uzadıldı. Bu müddət ərzində şəhərlərarası sərnişindaşımanın ictimai nəqliyyatın, avtobusların xidmətlərindən istifadə olunması qadağan olsunsa da, DANX ölkə üzrə yaxın istiqamətlərdə iş yeri olan vətəndaşların gediş-gəlişini təmin etmək məqsədi ilə yeni qaydalar hazırlayıb. Bu qaydalara əsasən, qurum tərəfindən fərqlənmə nişanı alan taski sürücüləri, şəffaf arakəsmə də quraşdırmalıdırlar. Yalnız həmin sürücülər ölkə üzrə yaxın məsafədə şəhərləarası sərnişin daşımanı həyata keçirə biləcəklər".Trend




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR