Son Xəbər: İranda 20 min nəfər susuz qalıb, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vahid buraxılış imtahanlarına start verilib, Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, ölənlər və yaralananlar var, Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib, Xəzər dənizində zəlzələ olub, BİZİM TƏQVİM:10 iyunda baş vermiş tarixi hadisələr, Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq, Parlamentin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub, Qaradağ İH-də keçirilən əməliyyatda saxlanılan rəis müavininin məhkəməsi başlayıb, Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək,

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vahid buraxılış imtahanlarına start verilib

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vahid buraxılış imtahanlarına start verilib

Tarix: Bugün, 12:04

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vahid buraxılış imtahanlarına start verilib

Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir.

Bu barədə nazirlik məlumat yayıb.

İyunun 8-dən Bakı şəhərində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində başlayan imtahan prosesi bu gündən etibarən ölkə üzrə Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən bütün müvafiq təhsil müəssisələrini əhatə edəcək.

Qeyd olunub ki, cari tədris ili üzrə imtahanlarda 8000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanların keçirilməsində əsas məqsəd şagirdlərin təhsil müddətində əldə etdikləri nəzəri biliklərin, praktiki bacarıqların və yaradıcılıq potensialının obyektiv qiymətləndirilməsi, eləcə də tədrisin keyfiyyətinin vahid yanaşma əsasında ölçülməsidir.

İmtahanlar müvafiq ixtisaslar üzrə təsdiq edilmiş proqramlara uyğun təşkil olunur.

Buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq, bu ildən ilk dəfə məzunlara elektron şəhadətnamələrin verilməsi nəzərdə tutulur.

İmtahanların yekunlarına əsasən şagirdlərin təhsil müddətində qazandıqları nəticələr müəyyən ediləcək və müvafiq sənədləşmə aparılacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR