Son Xəbər: Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi, FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib, SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq, Rusiyanın Gelencik şəhərində dron təhlükəsi: şəhərin bütün çimərlikləri bağlanıb, Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib, Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq, Azərbaycandan tranzit keçməklə Ermənistana 1049 ton buğda göndərildi, Müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başlayıb, Qobustanda maşın işıq dirəyinə çırpılıb, sürücü ölüb, NYT: ABŞ Kubanın rəhbəri vəzifəsinə namizəd axtarır,

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Tarix: 12-06-2026, 10:06

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 14-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək.

Bu barədə DİM məlumat yayıb.

İmtahan respublikanın 3 şəhər və rayonunda – Bakı, Sumqayıt, və Abşeronda, ümumilikdə 63 binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Qeyd edilib ki, imtahanda iştirak etmək üçün 15719 bakalavr ərizə təqdim edib. Onlardan 14612 nəfər Azərbaycan bölməsi, 1107 nəfəri rus bölməsi üzrə imtahan verəcək.

Bakalavrlardan 10632 ücari ilin, 5087 isə əvvəlki illərin məzunlarıdır, 35 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 63 ümumi rəhbər, 175 imtahan rəhbəri, 1442 nəzarətçi, 202 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.

İmtahanda 19 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) bakalavr da iştirak edəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR