Son Xəbər: Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur, Milli Məclisin iclası başlayıb, Ağdaşda avtomobili ildırım vurub, yanğın olub, Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək, Azərbaycan XİN Rusiyanı təbrik etdi, DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq, Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”, AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib, Bu il 116 550 şagird məzun olur, İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ,

Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

Tarix: Bugün, 11:50

Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur


2025-ci ildə Azərbaycanda sosialyönümlü xərclərin məbləği və dövlət büdcəsindəki payı artıb, aparılan təhlillər sosialyönümlü xərclərin tərkibinə yenidən baxılmasının zəruriliyini göstərib.

Bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənəddə deyilir ki, 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata əsasən, ötən il sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 39,5 %-i qədər və yaxud 15 milyard 254,2 milyon manat icra olunub ki, bu da 2024-cü illə müqayisədə 4,1 % çoxdur.

"Müsbət haldır ki, 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda sosialyönümlü xərclərin tərkib elementləri 2025-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı təqdim edilmiş İzahatdakı komponentlərlə uyğunlaşdırılıb, əhalinin icbari tibbi sığortalanması və səhiyyə sahəsində dövlət proqramları və tədbirlərinin icrası, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlərlə bağlı xərclər sosialyönümlü xərclərə daxil edilib.

Bununla yanaşı, təhlillərimiz əvvəlki rəylərimizdə də bildirdiyimiz kimi, sosialyönümlü xərclərin tərkibinə daxil edilə biləcək digər xərc istiqamətlərinin də olduğunu göstərir ki, bu da sosialyönümlü xərclərin məbləğinin qeyd olunandan daha artıq olduğunu deməyə imkan verir. Məsələn, yararsız və qəzalı hala düşmüş binalardan köçürülmüş sakinlərə kirayə haqqının ödənilməsi, işğaldan azad edilmiş ərazilərdə ödənilmiş kommunal xidmətlərə və məcburi dövlət sosial sığorta haqlarına görə 10 il müddətinə dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının göstərilməsi və s. kimi xərclər də mahiyyət etibarilə sosialyönümlü hesab edilə bilər", - deyə Rəydə qeyd olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR